UEFA açıqladı - Norveçlə qonşu olduq

UEFA açıqladı - Norveçlə qonşu olduq
19:48 25 Noyabr 2016
127 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının dünən keçirilən qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra UEFA ölkələrin yeni reytinq siyahısını açıqlayıb.

Publika.az xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirindəki təmsilçilərimiz - “Qəbələ” və “Qarabağ” dünən ölkə reytinqinə xal qazandıra bilməyiblər.

“Qəbələ” evdə “Anderlext”ə 1:3, “Qarabağ” isə səfərdə “Slovan”a 0:3 hesabı ilə uduzub. Hazırda hesabımızda 4,250 reytinq xalı var.

Bu xallardan ən çoxu “Qarabağ”ın payına düşür (2,125). “Qəbələ” cari mövsümdə ölkə reytinqinə 1,375 xal qazandırıb. Artıq mübarizəni dayandırmış “Neftçi” və “Kəpəz” hərəyə 0,375 xal qazanıb.

Son 5 ilin nəticələrinə əsasən hesabında 17,750 xal olan Azərbaycan 25-ci pillədə qalıb. Son reytinqdə ölkəmizdən bir pillə yuxarıda qərarlaşmış İsrail bir pillə daha irəliləyib. İsraili 24-cü pillədə isə bir addım geriləyən Norveç əvəzləyib.

Siyahıya İspaniya (96,284) başçılıq edir. İspanları Almaniya (75,498) və İngiltərə (71,248) təqib edir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/177372.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR