Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dövlət Miqrasiya Xidmətinin rəhbəri Belçika səfiri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəhbəri Belçika səfiri ilə görüşüb

Date: 25 November 2016 19:57

Bakı. 25 noyabr. REPORT.AZ/ Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Belçika Krallığının Azərbaycandakı səfiri Bert Skufsilә görüşüb.
Qurumun mətbuat xidmətindən "Report" a verilən məlumata görə, xidmət rəisi Azәrbaycan­la Belçika әlaqәlәrinin inkişafı sahәsindә hәyata keçirilәn tәdbirlәrdәn danışıb. Xidmət rəisi Azərbaycanda əcnəbi iş adamlarına səmərəli fəaliyyət üçün mühüm imkanlar yaradıldığını vurğulayıb. F.Nəbiyev bildirib ki, Miqrasiya Məcəlləsində də Azərbaycana investisiya qoyan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan əcnəbilərin ölkədə olma və yaşamaları, həmçinin iş icazləri ilə bağlı məsələlər kifayət qədər sadələşdirilib. O, belçikalı iş adamlarının bu imkanlardan istifadə etdiyini, Belçika şirkətlərinin Azərbaycandakı fəaliyyətini və uğurlu təcrübəsi olduğunu söyləyib.
Səmimi qəbula görə təşəkkür edən Bert Skufs Azərbaycanda səfir kimi fəaliyyət göstərməsindən şərəf duyduğunu bildirib. Fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə və dərinləşməsinə çalışacağını, ölkәlәrimiz arasında bütün sahələrdə, o cümlədən miqrasiya sahəsində dəәlaqәlәrin inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. 


Tags:  Dövlət Miqrasiya Xidmətinin rəhbəri Belçika səfiri görüşüb

RƏYLƏR


Top news