Nəqliyyat naziri Cəlilabadda vətəndaşların şikayətlərini dinləyib

Nəqliyyat naziri Cəlilabadda vətəndaşların şikayətlərini dinləyib
20:07 25 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ Bu gün nəqliyyat naziri Ziya Məmmədov Cəlilabad rayonunda Biləsuvar, Masallı və Cəlilabad rayonlarından olan vətəndaşlar ilə görüşüb.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızının "Report"a verdiyi məlumata görə, nəqliyyat naziri onların müraciəti, şikayət və təkliflərini dinləyib. Vətəndaşların müraciətləri əsasən, Cəlilabad-Uzuntəpə marşrut xəttinə əlavə avtobusların buraxılması, Cəlilabad rayonunun Cavadxan küçəsindən keçməklə 2-ci şəhərdaxili marşrut xəttinin açılması ilə bağlı təkliflər, Biləsuvar şəhər mərkəzindən kəndlərə hərəkət edən avtobusların şəhər avtovağzalından hərəkətinin təşkili, əvvəllər mövcud olmuş Lənkəran-Qazax marşrut xəttinin bərpası və digər məsələlərlə bağlı olub. Həmçinin, Masallı, Biləsuvar, Cəlilabad rayonlarının nəqliyyat-yol kompleksində görülmüş işlərlə bağlı minnətdarlıq ifadə olunub.
Z.Məmmədov vətəndaşların müraciət və şikayətləri ilə əlaqədar nazirliyin struktur rəhbərlərinə göstərişlər verib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələləri isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. 








Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/ziya-memmedov-celilabadda-vetendaslarin-sikayetlerini-dinleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR