Sürücünün öldürüb qaçdığı piyadanın görüntüləri - VİDEO

Sürücünün öldürüb qaçdığı piyadanın görüntüləri - VİDEO
20:17 25 Noyabr 2016
195 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallıda avtomobil 2 piyadanı vurub. Xəsarət alanlardan biri hadisə yerində ölüb. Sürücü hadisə yerindən qaçsa da polis tərəfindən yaxalanıb.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, avtomobil 2 piyadanı vurdu, onlardan biri öldü..

Hadisə Masallıda Masallı-Yardımlı yolunun rayonun Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.Minik avtomobili yolu keçmək istəyən piyadaları, Cəlilabad rayon sakinləri, 56-yaşlı Ziyafət Fərzəliyevi və 54-yaşlı Nəsimi Əhmədovu vurub. Piyadalardan Ziyafət Fərzəliyev aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Nəsimi Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Qəzanı törətmiş sürücü hadisə yerindən qaçsa da, əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanaraq istintaqa cəlb olunub.Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/493173.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR