Hicabda boks yarışına buraxılmadı, amma... - FOTO

Hicabda boks yarışına buraxılmadı, amma... - FOTO
20:17 25 Noyabr 2016
152 Maraqlı
Ölkə mətbuatı
A- A+

16 yaşlı Amaiya Zafar ötən bazar günü Floridada boks yarışına qatılmalı idi. Ancaq düz yarış ərəfəsində rəsmilər döyüşü təxirə salıblar.

Əslən Minnesotadan olan Zafar dindar müsəlmandır. O, boks papağının altından hicab, şortunun altından isə dar şalvar (losina) geyinir. Onun bu geyimi Beynəlxalq Boks Assosiasiyasının forma standartlarının pozulması hesab edilib. ABŞ-ın Boks federasiyasının icraçı direktoru Michael Martino bunun "tamamilə təhlükəsizlik məsələsi" olduğunu deyib.

"SƏN ƏSL QALİBSƏN"

Milli.Az azadliq.org-a istinadən bildirir ki, nəticədə, Zafar diskvalifikasiya edilib, rəqibi Aliyah Charbonier qalib sayılıb. Ancaq Charbonier bundan rahatlıq tapmayıb və Zafar-a yaxınlaşıb.

"O qız mənə yaxınlaşdı və kəmərini mənim qucağıma qoyub dedi: 'Bu, sənindir. Onlar səni diskvalifikasiya etdilər. Sən əsl qalibsən. Bu, ədalətsizdir'. Sonra biz qucaqlaşdıq və tədbirin təşkilatçısı gəlib əmin olmaq istədi ki, mən kəməri taxmışam", - Zafar olanları danışır.

Charbonier-nin sözlərinə görə, o, nəsə etməli olduğunu anlayıb:

"Bu, sadəcə, düzgün deyil. Onun geyimi mənim diqqətimi yayındırmır. Onun əlcəyi və boks papağı var idi. Onun yerinə özümü çox pis hiss etdim, ona vuruşmaq imkanı vermədilər. Biz onlara deməyə çalışdıq ki, hər şey qaydasındadır. Ancaq onlar deyirlər ki, təhlükəsizlik məqsədilə idmançının qollarını görməlidirlər. Amma bununla yanaşı, 18 yaşlılar 20 yaşdan yuxarı idmançılarla döyüşür. Bu, düzgün deyildi", - 15 yaşlı floridalı deyir.

"ONU YAVAŞ YUMRUQLA"

Zafar-ın bu döyüşə aparan yolu heç də asan olmayıb. O, iki ildir ki, Minnesotada boksla məşğul olur. Atası Mohammad əvvəlcə ona qılıncoynatmanı seçməyi təklif edib. O isə belə deyib: "Qılınc oynatmazdan əvvəl boksla məşğul olacağam". Əvvəlcə Mohammad Zafar qızına həvəskar boksun incəliklərini öyrədib. Sonra Amaiya məşq edəcəyi boks qrupu ilə tanış olub.

O, rinqdə bir oğlan idmançı ilə qarşılaşandan sonra oğlan komanda üzvlərinin rəğbətini qazanıb.

"Bütün oğlanlar ona deyirdilər ki, 'o, sadəcə qızdır. Onu yavaş yumruqla. Qıza imkan vermə səni udsun'", - deyə Amaiya Zafar oğlan komanda yoldaşlarının öz həmcinslərinə dediklərini yada salır.

O, rinqdə davranışı mənimsəyəndən sonra özünə rəqiblər tapmaqda bir xeyli əziyyət çəkib. Boyu 152 santimetr, çəkisi isə geyimlə birlikdə 51,7 kiloqramdır. Üstəlik, özünə rəqib tapa bilsə belə, dini inancı idman geyim kodeksinə qarşıdır. "Əgər sən qollarını və ayaqlarını bağlasan, biz haradan bilək ki, əvvəldən zədə almamısan? Üstəlik, döyüş zamanı kimsə zədə alsa, referi bunu görə bilməyəcək", - Martino ötən il "MPR News"a verdiyi müsahibədə deyib.

"BİRİNƏ GÜZƏŞT ETSƏK, O BİRİ GƏLİB DEYƏCƏK Kİ..."

"ABŞ-da 30 min həvəskar boksçu var. Ona görə, bir dini qrupa güzəşt etsək, digəri də gəlib deyə bilər ki, bizim də başqa uniformamız var, onu geyinmək istəyirik. Bir nöqtədə sərhəd qoymağa məcbursan", - Martino bildirib.

FIFA baş örtüyü qadağasını aradan qaldırsa da, ABŞ boks federasiyası hələ də Beynəlxalq Həvəskar Boks Assosiasiyasının İsveçrənin Lozanna şəhərində verəcəyi qərarı gözləyir.

"Bilirəm ki, ona rəqiblər tapmaq çox çətin olub. Qadınlara döyüşmək onsuz da çətindir və bilmirəm o, gələn dəfə nə vaxt vuruşmağa imkan tapacaq", - Charbonier söyləyir.

Elə buna görə də, Charbonier bir idmançı kimi təşəbbüsü əlinə alıb.

"Mən kəməri verməyə məsul şəxslərin yanına gedib dedim ki, o buna layiqdir", - o deyir. İndi qızların hər ikisi evlərinə kəmərlə gedəcək. Bunu yarışın təşkilatçıları da təsdiqləyirlər.

"DİNİ GÜZƏŞTLƏR EDİLSİN"

Amerika-İslam Münasibətləri Şurası (CAIR) Zafar-ı dəstəkləyərək dini güzəştlərə çağırıb: "Bütün idmançılar seçdikləri idman növlərində maneəsiz mübarizə apara bilməlidirlər. Köhnəlmiş və ayrıseçkilik yaradan əngəllər olmamalıdır. Biz xanım Zafar-ın potensial rəqibinə, göstərdiyi prinsipial həmrəyliyə görə təşəkkür edirik", - deyə CAIR-in milli kommunikasiya direktoru Ibrahim Hooper bildirib.

Yarışın təşkilatçısı "Sugar Belt Boxing Promotions"un prezidenti və baş icraçı direktoru Bert Wells deyib ki, qurum Zafar-ın qayıdaraq döyüşməsinə icazə veriləcəyinə ümid edir. "Boksda müxtəliflik var. O, bütün ölkələrdən və mədəniyyətlərdən idmançılara açıqdır. Biz onu yenidən salamlamağa sevinərik", - o vurğulayıb.

Zafarsa qaydaların dəyişməsini gözləməkdədir. "Düşünürəm ki, bu qaydalar köhnəlib. Məncə onları dəyişmək pis olmazdı", - o, ötən il verdiyi müsahibəsində bildirib.

Charbonier deyir ki, onlar rinqdə qarşılaşa bilsəydilər, "bu, çox yaxşı bir döyüş olardı".

Milli.Az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Qara Qarayev: "Uğurlu nəticə ilə qayıdaraq adımızı tarixə yazdırmağa çalışacağıq"

20 Avqust 2017 00:52

Ağdaşda 6 otaqlı ev yanıb

20 Avqust 2017 00:50

Hovuzlar dənizdən daha təhlükəlidir? - VİDEO

20 Avqust 2017 00:43

Prezident: "Bir dənə də olsun təmirsiz kənd yolu qalmamalıdır"

20 Avqust 2017 00:29

Aslanlarla dostluq edən alim

20 Avqust 2017 00:26

“Neftçi” azarkeşlərindən növbəti etiraz – “İstefa”

20 Avqust 2017 00:23

Mingəçevirdə mikroavtobus qəzaya düşüb, xəsarət alan var

20 Avqust 2017 00:22

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:13

Kamerunda dəhşətli qəza

20 Avqust 2017 00:07

Avstraliyada naməlum şəxs avtomobili kütlənin üzərinə sürüb - 7 nəfər xəsarət alıb

19 Avqust 2017 23:58

Hikmət Hacıyev: “BMT Baş Katibinin çağırışını dəstəkləyirik”

19 Avqust 2017 23:54

Yaksək maaşlı iş axtaranlar, diqqət

19 Avqust 2017 23:54

Sabaha olan hava proqnozu - 36 dərəcə isti

19 Avqust 2017 23:38

26 yaşlı gənc bıçaqlandı

19 Avqust 2017 23:36

"Qarabağ"ın rəqibi "Kopenhagen" çümpionatda çətin qələbə qazanıb

19 Avqust 2017 23:32

Sızanaqları yox edən təbii maskalar - Aspirin, gil, darçın...

19 Avqust 2017 23:23

Bal ayına hazırlaşanlar, diqqət!

19 Avqust 2017 23:21

Barselonada müsəlmanlar etiraz etdilər

19 Avqust 2017 23:19

Samuxda “Yenikənd” yarımstansiyası istifadəyə verilib

19 Avqust 2017 23:07

"Futbolçuların 99,9 faizi “ulduz xəstəliyi”nə tutulur" - Qurban Qurbanov

19 Avqust 2017 23:07

"Yol infrastrukturuna görə Azərbaycan dünya miqyasında qabaqcıl yerdədir"

19 Avqust 2017 23:03

"Başlanğıcda başqa komandalarla oynamaq istərdik" - Zaur Svanadze

19 Avqust 2017 22:57

"Kopenhagen"dən əzmkar qələbə

19 Avqust 2017 22:57

Kənan Doğulu ilə Beren Saat Bodrumda - FOTOLAR

19 Avqust 2017 22:53

Qurban Qurbanov: "Bu gün Əfan komandaya faydalı oyunçudur"

19 Avqust 2017 22:52

Azərbaycanda belə toy olmamışdı: Bəylə gəlin hərbi formada

19 Avqust 2017 22:48

Hikmək Hacıyev: "Azərbaycan mülki insanlarının hədəfə çevrilməsindən ən çox əziyyət çəkən dövlətlərdən biridir"

19 Avqust 2017 22:47

27 yaşlı oğlan naməlum şəraitdə bıçaqlandı

19 Avqust 2017 22:44

"Qarabağ" "İnter"i məğlub etdi

19 Avqust 2017 22:34

İnsanın ruhuna rahatlıq verən, baxmaqdan doymayacağınız TƏBİƏT FOTOLARI

19 Avqust 2017 22:33

Dördüncü Qara dəniz-Xəzər Beynəlxalq Nəqliyyat Forumu Batumidə keçiriləcək

19 Avqust 2017 22:32

"İnter"in baş məşqçisi: "Qışa kimi bizə çox çətin olacaq"

19 Avqust 2017 22:27

Soğanın qiyməti xeyli ucuzlaşdı - VİDEO

19 Avqust 2017 22:23

Rusiya prezidentinə paytaxtı dəyişmək təklif olunub

19 Avqust 2017 22:22

VİDEO: Azərbaycanın varlı qızları bahalı avtomobilləri ilə...

19 Avqust 2017 22:18

"Qarabağ" "İnter"i məğlub edib

19 Avqust 2017 22:07

İlham Əliyev: “Yeni yanaşma ilə kənd təsərrüfatında məhsuldarlığın artımına nail olacağıq”

19 Avqust 2017 22:03

Türkiyədə zibil maşınında partlayış

19 Avqust 2017 22:02

Azərbaycanda belə toy olmamışdı: Bəylə gəlin hərbi formada - YENİ VİDEO

19 Avqust 2017 21:48

"Neftçi" debütanta da uduzdu - VİDEO

19 Avqust 2017 21:47

Kişinin diqqətini cəlb etməyin yolları

19 Avqust 2017 21:42

Prezident: "Kənd təsərrüfatı elmi əsaslarla inkişaf edəcək"

19 Avqust 2017 21:39

Qadınlar döyüşərsə...- FOTOLAR

19 Avqust 2017 21:33

Azərbaycan Premyer Liqasında debütant "Səbail” flaqmanı məğlub edib

19 Avqust 2017 21:27

Dənizdə boğulmaq üzrə olan 2 şəxs xilas edilib

19 Avqust 2017 21:27

Qızına yetirdikləri xəsarətə görə otel işçilərini tənbeh edən AKTRİSA DÖYÜLDÜ

19 Avqust 2017 21:23

Hindistanda qatarın 6 vaqonu relsdən çıxıb

19 Avqust 2017 21:13

"Qol buraxmamaq, heç-heçə etmək istəyirdik" - Samir Əliyev

19 Avqust 2017 21:07

Qatar relsdən çıxdı: 20 ölü, 150 yaralı

19 Avqust 2017 21:04

Azərbaycanlı gənclərdən MÖHTƏŞƏM İXTİRA - yeni təyyarə - VİDEO

19 Avqust 2017 21:03