Bakıda boccia turnir keciriləcək

Bakıda boccia turnir keciriləcək
20:22 25 Noyabr 2016
72 İdman
Ölkə mətbuatı
A- A+

Milli Paralimpiya Komitəsi tərəfindən 2013-cü ildən Boccia idman növünün təbliğinə başlanıb və xeyli sayda fiziki imkanları məhdud gənc və uşaq bu idman növünə cəlb olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu idman növü sürətlə inkişaf etdirilib, İstedadlı Əlillər İB-də, Əlil idmançılara dəstək İB-də, Boccia idman klubu MMC-də, 1 saylı Saglamlıq imkanları mədud gənclərin Peşə Reabilitasiya Mərkəzində, Sun Light İB-də, Gülsan İB-də, Arabaçı Tv MMC-də, Əlillərin beynəlxalq əməkdaşlığı uğrunda cəmiyyətdə, Naxçıvan MR Paralimpiya Federasiyasında və Uşaq Paralimpiya Komitəsində boccia idman komandaları formalaşıb.

Boccia idman növünün təbliği və inkişafı məqsədi ilə Milli Paralimpiya Komitəsi və " Seni" firmasının dəstəyi ilə I və II " SENİ CUP" turniri keçirilib. Görülmüş işlərin davamı olaraq, 14 dekabr 2016-cı il tarixdə saat 11.00-da Bakı idman kombinatında (Əl Oyunları İdman sarayı) boccia idman növü üzrə III "SENİ CUP" turniri keçiriləcəkdir. Turnirdə 10 təşkilatdan altmışa yaxın idmançı iştirak edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/493175.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR