Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İsrail Azərbaycana təşəkkür etdi

İsrail Azərbaycana təşəkkür etdi

Tarix: 25 Noyabr 2016 20:27

İsrailin Xarici İşlər Nazirliyi ölkənin şimalında baş vermiş yanğınların söndürülməsində kömək göstərən dövlətlərə təşəkkür edib.

İsrail tərəfi Azərbaycan, Türkiyə, Yunanıstan, Kipr, Xorvatiya, İtaliya, ABŞ, Fransa və Rusiyanın kömək göndərdiyini açıqlayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, İsraildə bu həftə baş verən meşə yanğınları eyni vaxta ölkənin bir neçə rayonunda da qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Qüds yaxınlığında yerləşən Nataf qəsəbəsindəki, eləcə də Təl-Əviv və Qüds arasında yerləşən Latrun bölgəsində meşə yanğınları ilə mübarizə aparırlar. Hazırda yanğın ölkənin şimalında Hayfa, Hadera və Zixron-Yaakov şəhərlərində tüğyan edir.

Xatırladaq ki, noyabrın 25-də Azərbaycan yanğının söndürülməsinə kömək etmək üçün İsrailə yanğınsöndürən təyyarə göndərib.

Milli.Az


Teqlər:  İsrail Azərbaycana təşəkkür etdi



RƏYLƏR


Top xəbərlər