Bakıda Latviyanın Müstəqillik Günü qeyd edilib

Bakıda Latviyanın Müstəqillik Günü qeyd edilib
20:47 25 Noyabr 2016
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda Latviyanın Müstəqillik Günü qeyd edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qonaqları Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovsk qarşılayıb.

Onun sözlərinə görə, bu il Latviya-Azərbaycan münasibətlərində səmərəli il olub. Bir sıra yüksək səviyyəli səfərlər, biznes sahəsində müxtəlif tədbirlər həyata keçirilib.

Səfir bildirib ki, Azərbaycanla Latviya arasında möhkəm siyasi əlaqələr var və ölkəsi iqtisadi əməkdaşlığı da gücləndirmək niyyətindədir.

Tədbirdə Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev də iştirak edib. O bildirib ki, Latviya ilə Azərbaycan arasında son illər əməkdaşlıq üçün yeni addımlar atılıb və bu tendensiya davam etməkdədir.

M.Məmmədquliyev bu yaxınlarda Avropa İttifaqının Azərbaycanla yeni saziş üzrə danışıqların başlaması üçün mandatı təsdiqlədiyini deyib və bu istiqamətdəki səylərinə görə səfirə təşəkkür edib. Nazir müavini tezliklə danışıqların başlayacağına ümid etdiyini bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/493183.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR