"Qarabağ münaqişəsi Aİ ilə Azərbaycan arasında sazişin aspektlərindən biri olacaq" - Mahmud Məmmədquliyev

"Qarabağ münaqişəsi Aİ ilə Azərbaycan arasında sazişin aspektlərindən biri olacaq" - Mahmud Məmmədquliyev
21:05 25 Noyabr 2016
67 Ölkə
Ölkə mətbuatı
A- A+

"Avropa İttifaqı ilə Azərbaycan arasında strateji sazişin imzalanması ilə bağlı danışıqların nə zaman başlayacağı hələlik məlum deyil".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
Onun sözlərinə görə, hər iki tərəf bununla bağlı hazırlıq işləri görür: "Hazırda nümayəndə heyətlərinin formalaşdırılması prosesi gedir. Nümayəndə heyətinə bütün qurumların təmsilçiləri daxil olacaq. Azərbaycan XİN isə nümayəndə heyətində əsas koordinator qurum olacaq. Amma danışıqların bu il başlayacağına inanmıram".
M.Məmmədquliyev qeyd edib ki, sazişin aspektlərindən biri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/493184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR