Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Elmə pul ayırın - HƏVƏSLƏNDİRMƏLƏR olacaq

Elmə pul ayırın - HƏVƏSLƏNDİRMƏLƏR olacaq

Date: 25 November 2016 21:27

Azəbaycanda elmin maliyyələşdirilməsinə dövlət büdcəsi ilə yanaşı, digər mənbələrin də cəlbi stimullaşdırılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Milli Məclisə təqdim olunmuş "Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası" layihəsində qeyd olunub.

Layihəyə görə, ölkədə elm tutumlu məhsulların və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparklar və innovasiya zonaları yaradılacaq. Bununla yanaşı, innovasiya potensialının səmərəli istifadəsi və inkişafı üçün müvafiq qanunvericilik bazası yaradılacaq.

Layihəyə əsasən, mühüm elmi nəticələrin, dünyəvi yeniliklərin əsasında İnnovasiya Bankı yaradılacaq və Milli İnnovasiya Proqramı hazılanacaq.

Milli.Az


Tags:  Elmə pul ayırın HƏVƏSLƏNDİRMƏLƏR olacaq

RƏYLƏR


Top news