Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyədə İŞİD əleyhinə keçirilmiş əməliyyatda aralarında 2 azərbaycanlının da olduğu 25 nəfər saxlanılıb

Türkiyədə İŞİD əleyhinə keçirilmiş əməliyyatda aralarında 2 azərbaycanlının da olduğu 25 nəfər saxlanılıb

Date: 25 November 2016 21:37

Bakı. 25 noyabr. REPORT.AZ/ Türkiyədə İŞİD əleyhinə xüsusi əməliyyat keçirilib.
"Report"un məlumatına görə, bu barədə "Milliyyet.com" xəbər yayıb.
Məlumatda bildirilir ki, İstanbul Polis İdarəsinin Terrorla Mücadilə Şöbəsi tərəfindən Qaziantepdə, Şanlıurfada və Aydında İŞİD üzvü olmaqda şübhəli bilinən 25 nəfər saxlanılıb.
Onlardan 12-i Rusiya, 2-i Azərbaycan, 2-i Özbəkistan və 1-i Tacikistan vətəndaşlarıdır. Saxlanılanlardan çoxlu sayda silah, müxtəlif hərbi formalar, ağrıkəsici və narkotik tərkibli dərmanlar, müxtəlif dillərdə yazılmış təşkilati sənədlər müsadirə edilib.



Tags:  Türkiyədə İŞİD əleyhinə keçirilmiş əməliyyatda aralarında azərbaycanlının olduğu 25 nəfər saxlanılıb

RƏYLƏR


Top news