Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çində 6,7 bal gücündə zəlzələ baş verib

Çində 6,7 bal gücündə zəlzələ baş verib

Date: 25 November 2016 22:12

Bakı. 25 noyabr. REPORT.AZ/ Çində 6,7 bal gücündə zəlzələ baş verib.
"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi Çinin Seysmoloji Xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 22:24-də Sinzyan-Uyğur muxtar rayonunda qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
Güclü yeraltı təkanlar həmçinin yaxınlıqdakı Kaşqar dairəsində hiss edilib. Zəlzələ ilə əlaqədar Sinzyanın cənub hissəsində dəmir yolunda hərəkət bir neçə saatlıq dayandırılıb.
Yerli hakimiyyət orqanları Akto rayonunda bəzi evlərin ziyan çəkdiyini bildiriblər. Zəlzələ zamanı bir neçə baş mal-qara tələf olub.


Tags:  Çində bal gücündə zəlzələ baş verib

RƏYLƏR


Top news