Yeni toy mövsümü başlayır - şadlıq evləri nə edəcək? - VİDEO

Yeni toy mövsümü başlayır - şadlıq evləri nə edəcək? - VİDEO
22:32 25 Noyabr 2016
165 Ölkə
Ölkə mətbuatı
A- A+

3 ay fasilədən sonra toy mərasimlərinə yenidən start verilməsinə sayılı günlər qalıb. Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, artıq restoranlar çal-çağırlı məclislər üçün sifarişlər başlayıblar. Yeni toy mövsümündə bir sıra yeniliklər ola bilər. Xüsusilə də bir sıra ərzaq məhsulları, o cümlədən ətin bahalaşması nəticəsində menyuların yenilənməsi.

Bəzi ərzaq məhsullarının o cümlədən ətin bahalaşması toy mövsümünün başlaması ərəfəsində restoran menyularına da təsir edib. 3 aylıq matəm fasiləsinə yekun vurmaq üzrə olan bəzi şadlıq evlərində mənyulara da təsir edir. Qiymətləri qaldırmaqdan qaçanlar isə menyudan kəsir.

Hazırda şadlıq evlərində toy qeydiyyatları başlayıb. Restoran inzibatçılarının sözlərinə görə indidən aprel ayına belə toy üçün yazılanlar var. Bununla belə qiymətlərdə hər hansı bir endirim tətbiq edilmir.

Son günlər baş verən ət və ət məhsullarının bahalaşma isə şadlıq evləri tədbir görməyə vadar edib.

Bəzi şadlıq evləri qiymətləri qaldırmamaq üçün menyuda bəzi ixtisarlar edib.

Ancaq şadlıq evi adminstratorları deyir ki, başda ət və ət məhsulları olmaqla ərzaq məhsullarında qiymətlər artmağa davam etsə menyuları yenidən tərtib etməli olacaqlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/493197.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR