"Həmin mərasimə ayağım dəyməyib"

"Həmin mərasimə ayağım dəyməyib"
23:57 25 Noyabr 2016
64 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in kapitanı Ueyn Runi Şotlandiya ilə oyundan sonra (3:0) oteldə spirtli içki qəbul etməsinə aid suala cavab verib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli hücumçu toy mərasimində iştirak etmədiyini qeyd edib və həmin hadisə haqqnda danışmaq istəməyib.

"Əslində oteldə keçirilən həmin mərasimə ayağım dəyməyib. Hesab edirəm ki, belə möhtəşəm qələbədən sonra yenə bu hadisəni xatırlamaq yaxşı deyil".

Noyabrın 24-də keçirilmiş "Mançester Yunayted" - "Feyenoord" matçında (4:0) Runi 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/493055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR