Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda bu idman federasiyaları ləğv ediləcək

Azərbaycanda bu idman federasiyaları ləğv ediləcək

Date: 26 November 2016 00:07

Azərbaycanda idmançısı dopinqdən istifadə edən idman federasiyalarına tətbiq olunacaq cəzalar müəyyənləşdirilib.


Bu, öz əksini "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsində tapıb.


Azərbaycanda ilk dəfə hazırlanan bu qanun layihəsinin "Milli idman federasiyalarının məsuliyyəti” adlanan 21-ci maddəsində göstərilir:


21.1. İdmançıya və ya onun köməkçi heyətinə sanksiya tətbiq edildiyi halda milli idman federasiyaları bu Qanuna və MADA-nın qaydalarına əməl etməlidir.


21.2. Milli idman federasiyaları tərəfindən bu Qanunun 21.1-ci maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməməsi pozuntu hesab olunur və dövlət büdcəsindən ayrılan maliyyə dəstəyinin kəsilməsinə və idman lisenziyasının geri çağırılmasına və ləğvinə səbəb olur.


Xatırladaq ki, qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub. (modern.az)


Fanat.Az


Tags:  Azərbaycanda bu idman federasiyaları ləğv ediləcək

RƏYLƏR


Top news