Komediya aktyoru Cem Yılmaz ötən gün texnologiya ilə sənəti bir araya gətirən Fuerza Brutanın qala gecəsində iştirak edib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, konsertdən çıxan zaman jurnalistlərlə üz-üzə gələn Yılmaza adı Ebru Şallı ilə hallanan Sinan Akçıl barədə sual veriblər.
"Sinan da içəridə idi” sualına Cem: "Sinan kimdir, qardaşım, mən beləsini tanımıram", - cavabını verib.
Daha sonra maşınına oturan aktyor "Yanınızdakı xanım kimdir" sualını cavabsız qoyaraq, sürücüdən avtomobili sürməsini xahiş edib.