Gəncə. 26 noyabr. REPORT.AZ/ Gəncədə baş vermiş avtoqəzada sürücü xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin Nəriman Nərimanov prospektində baş verib.
Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Həsənov Yasin İsməddin oğlu idarə etdiyi avtomobillə qəzaya uğrayıb. Yaralı ətrafdakıların köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Həkimlər tərəfindən dərhal tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilən sürücünün vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırmalar aparılır.