Yunanıstanda narkotiklər əleyhinə əməliyyat: 50-dən çox adam həbs edilib

Yunanıstanda narkotiklər əleyhinə əməliyyat: 50-dən çox adam həbs edilib
02:22 26 Noyabr 2016
57 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 noyabr. REPORT.AZ/ Yunanıstanın paytaxtı Afina şəhərinin müxtəlif rayonlarında natkotik ticarətçilərinə qarşı irimiqyaslı əməliyyat başlayıb.
"Report"un məlumatına görə, bu barədə ölkənin yerli kütləvi informasiya vasitələri məlumat yayıb.
"CNN Greece"in məlumata görə, şəhərin mərkəzindəki əməliyyatın gedişi zamanı 50-dən çox adam həbs edilib. Xəbərdə həmçinin qeyd edilir ki, narkotiklərin satışını həyata keçirən böyük cinayətkar dəstə şəhərdəki ayrı-ayrı qruplarla əməkdaşlıq edib. Bununla bağlı təhqiqat 7 ay davam edib.
Yunanıstanın digər media orqanı isə əməliyyatın səhər saatlarında başladığını və 56 nəfərin həbs edildiyini bildirib. Məlumata görə, saxlanılanlardan 54-ü əcnəbilərdir.
Axtarışlar 25 evdə aparılıb və külli miqdarda narkotik, pul müsadirə edilib. Polis ətraflı məlumatın əməliyyatdan sonra veriləcəyini bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yunanistanda-narkotikler-eleyhine-emeliyyat-50-den-cox-adam-hebs-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR