Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“WhatsApp” istifadəçilərinə yeni hücum - EHTİYATLI OLUN!

“WhatsApp” istifadəçilərinə yeni hücum - EHTİYATLI OLUN!

Date: 26 November 2016 04:18

ESET mütəxəssisləri “WhatsApp” messencerinin istifadəçilərinə yeni hücum barədə xəbərdarlıq ediblər.

Publika.az xəbər verir ki, kibercinayətkarlar “Emirates” aviaşirkətinin pulsuz aviabiletlərini udduğunu vəd etməklə istifadəçinin şəxsi informasiyalarını toplayırlar. İstifadəçiyə “Emirates”lə uçuş təcrübəsi barədə bir neçə sual verilir və anketi 10 “WhatsApp” istifadəçisi ilə paylaşmaq təklif olunur. Şərtlər yerinə yetirildikdə, “uduş”la bağlı təbrik və qeydiyyatdan keçmək üçün aviaşirkətin saytına keçid təklifi göndərilir. Əslində isə link kənar meydançaya aparır və istifadəçi “təşkilatçılarla” əlaqə üçün mobil nömrəsini qoymalıdır. Sonradan nömrə bahalı SMS-xidmətlərə abunə olmaq üçün istifadə olunacaq. Mütəxəssislər istifadəçilərə “WhatsApp” spamlarını dərhal silməyi, bu cür “aksiyalarda” iştirak etməməyi və mobil nömrələrini şübhəli saytlarda yazmamağı tövsiyə edirlər. (xeberoxu.com)


Tags:  WhatsApp istifadəçilərinə yeni hücum EHTİYATLI OLUN



RƏYLƏR


Top news