Dövlət Departamenti: "Misirlə birlikdə terrorçuluğa qarşı mübarizə aparmaq niyyətindəyik"

Dövlət Departamenti: "Misirlə birlikdə terrorçuluğa qarşı mübarizə aparmaq niyyətindəyik"
06:07 26 Noyabr 2016
61 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 noyabr. REPORT.AZ/ ABŞ Dövlət Departamenti Misirlə birlikdə terrorçuluğa mübarizə aparmaq niyyətində olduğunu bəyan edib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Amerika xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.
"ABŞ bir neçə əsgərin həlak olması ilə nəticələnmiş və İŞİD qruplaşmasının məsuliyyəti üzərinə götürdüyü terror aktını pisləyir", - deyə Con Kirbi bəyan edib.
"Biz zorakı ekstremizmlə mübarizədə Misir xalqına həmrəylik ifadə edirik. ABŞ Misirin təhlükəsizliyini dəstəkləyir və bu təhlükəylə mübarizədə əməkdaşlıq edəcəyik", — deyə o əlavə edib.
Qeyd edək ki, dünən Misirin Sinay yarımadasının şimalında, əl-Ariş şəhərində silahlı şəxslər nəzarət-buraxılış məntəqəsinə hücum edib. Hücum zamanı məntəqədə 30 hərbçi olub. Məlumata görə, silahlıların hücumu zamanı onlardan 12-i həlak olub.
Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/dovlet-departamenti-misirle-birlikde-terrorculuga-mubarize-aparmaq-niyyetindeyik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR