Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yaponiya qırıcılarını Okinavada Çin təyyarələrini ələ keçirmək üçün səmaya qaldırıb

Yaponiya qırıcılarını Okinavada Çin təyyarələrini ələ keçirmək üçün səmaya qaldırıb

Date: 26 November 2016 06:42

Bakı. 26 noyabr. REPORT.AZ/ Yaponiyanın özünümüdafiə birləşmələri hava qüvvələrininin qırıcılarını Çin Xalq Respublikası təyyarələrinin Okinavanın cənub prefekturasına yaxınlaşmasıyla əlaqədar səmaya qaldırıb.
"Report" TASS"a istinadən xəbər verir ki, bu haqda özünümüdafiə qüvvələrinin qərargah rəislərinin birləşmiş lomitəsi bildirib.
"Qırıcılar Çin Xalq Respublikasının altı təyyarəsinin yaxınlaşmasıyla əlaqədar həyəcan siqnalı ilə səmaya qaldırılmışdılar. Onların arasında Su-30 qırıcıları və H-6 strateji bombardmançıları vardı", - deyə məlumatda qeyd edilir. 
Komitənin məlumatına görə, Yaponiyanın hava məkanının pozulması halları qeyd edilməyib.
Daha əvvəl Yaponiya Müdafiə Nazirliyi bu ilin aprelindən sentyabınra qədərki dövrdə yapon qırıcılarının 407 dəfə Çin Xalq Respublikası təyyarələrinin ələ keçirməsi üçün havaya qalxdığını bildirib.
Uçuşların əsas hissəsi Şərqi Çin dənizində, Tokio və Pekin arasında mübahisəli ərazi predmeti olan Senkaku (Dyaoyuydao) adaları ərazisində həyata keçirilib.


Tags:  Yaponiya qırıcılarını Okinavada Çin təyyarələrini ələ keçirmək səmaya qaldırıb

RƏYLƏR


Top news