Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Kirpi" salatı

"Kirpi" salatı

Date: 26 November 2016 07:05

Milli.Az "Kirpi" salatının hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

600 q toyuq filesi 
300 q göy noxud
5 yumurta
150 q bərk pendir
150 q qara zeytun 
2 diş sarımsaq 
150 q mayonez 
5 ədəd kahı yarpağı

Toyuq ətini bişirib soyudun, doğrayın. 

Yumurtaları bişirin, ağını sarısından ayırın. Toyuq ətini yumurta sarıları, əzilmiş 1 diş sarımsaq, göy noxud və mayonezin yarısı ilə qarışdırın. 

Kahı yarpaqlarını yuyub suyunun çəkilməsi üçün aşsüzənə yığın. Sonra salat qabına qoyun. Üzərinə isə salatı kirpi formasında yerləşdirin. 

Yumurta ağlarını və pendiri sürtgəcin iri gözündən keçirin. Bir diş əzilmiş sarımsaq və mayonez qatıb qarışdırın. Bunu salatın üzərinə çəkin. Sonra hər zeytun giləsini 8 yerə bölün ("kirpinin tikanı"), şəkildə gördüyünüz qaydada salatın üzərinə düzün. "Kirpi"nin "göz"ü ilə "burnu"nu da zeytundan kəsin. 
 
Nuş olsun! 

resept: sovkusom.ru

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 


Tags:  Kirpi salatı

RƏYLƏR


Top news