Qanaxmanı dayandıran zirehli jilet hazırlanıb

Qanaxmanı dayandıran zirehli jilet hazırlanıb
07:42 26 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

ABŞ Dəniz Piyada Qoşunlarının əsgəri Metyu Lonq yaralı əsgərin qanaxmasını dayandıran qeyri-adi zirehli jilet hazırlayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, zirehli və amortizasiya edən qatların, eləcə də yaralanma zamanı qanaxmanı dayandıra bilən qatın olması jiletin fərqli xüsusiyyətidir. Bu, əvvəllər kömək etməyin qeyri-mümkün olduğu əsgərin həyatını xilas etməyə imkan verəcək.

Hazırkı zirehli jiletlər müxtəlif mühafizə səviyyəsini təmin edən bir neçə qatla təchiz edilib. ABŞ dəniz piyada əsgərləri sıx kevler ekranların quraşdırıldığı zirehli jiletlərə malikdirlər. Bunun sayəsində 9 mm kalibrli qəlpə və güllələrdən yüksək səviyyədə qorunmaq mümkün olur. Bundan başqa, əsgəri avtomat atəşindən qorumaq üçün iki keramik plastin quraşdırmaq olar.  

M.Lonq kəşf etdiyi jiletdə ağrıkəsici və hemostatik dərmanlar qatışığının olduğu maye keçirməyən nazik paket tətbiq edib. Paketin güclü zərbələrə davamlı olmasına baxmayaraq güllə zirehli jileti deşib keçəndə zədələnə bilər.

ABŞ hərbi rəhbərliyi M.Lonqun texnologiyasına böyük maraq göstərərək onu "DARPA" Agentliyinin laboratoriyalarından birində çalışmağa göndərib. Perspektivdə yeni zirehli jiletin prototipinin yaradılması, sonradan seriyalı istehsalı nəzərdə tutulur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/493026.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR