Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avstraliya ən çox axtardığı terrorçunun Türkiyədə tutulduğunu təsdiqləyib

Avstraliya ən çox axtardığı terrorçunun Türkiyədə tutulduğunu təsdiqləyib

Date: 26 November 2016 07:42

Bakı. 26 noyabr. REPORT.AZ/ Avstraliya hökuməti bu ölkədə ən çox axtarılan terrorçu, İŞİD qruplaşmasının üzvü Nil Prakaşın Türkiyədə tutulduğunu təsdiqləyib.
"Report"un məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verib.
"Bizim Prakaş hesab etdiyimiz şəxsin tutulması Avstraliya və Türkiyə hakimiyyətinin sıx əməkdaşlığının nəticəsində oldu", - deyə Avstraliya hökumətinin mətbuat katibi bildirib.
Türkiyənin hüqüq-mühafizə orqanları Prakaşanı dindirib. Avstraliya onun ekstradisiyası haqqında formal sorğu göndərəcək.
Prakaş Avstraliyada İŞİD-in ən yüksək vəzifəli üzvü hesab edilirdi və terror aktlarının hazırlığına cəlb olunmuşdu. Onlardan birinin 25 apreldə – Avstraliyanın müharibə veteranlarının şərəfinə keçirilən milli bayram günündə həyata keçirmək planlaşdırılırdı.


Tags:  Avstraliya çox axtardığı terrorçunun Türkiyədə tutulduğunu təsdiqləyib

RƏYLƏR


Top news