“Google” dodaq oxuyan süni intellekt yaratdı

“Google” dodaq oxuyan süni intellekt yaratdı
08:05 26 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Google"un süni intellekt sahəsi ilə məşğul olan "DeepMind" bölməsinin tədqiqatçıları dodaq oxuya bilən proqram təminatı yaradıblar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  proqrama "Watch, Listen, Attend, and Spell" adı verilib. Hazırda bu proqram öz analoqları arasında daha çox dəqiqliyə malikdir - 46,8%. Proqram dodaq oxumaq qabiliyyətinə malik insanla müqayisə edilib. Nəticədə mütəxəssis yalnız 12,4% dəqiqliklə dodaq oxuya bilib.
 
"DeepMind" alimləri öz kəşflərinin karlar üçün istifadə olunmasını təklif ediblər. Bundan başqa, proqram səssiz film üçün subtitrlər yaradılması və ya digital köməkçilərin ("Siri", "Alexa") səssiz idarə olunması üçün də istifadə oluna bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/493042.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR