Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Köhnə kompüterlər təhlükəlidir

Köhnə kompüterlər təhlükəlidir

Date: 26 November 2016 08:05

Yüklənmə üçün çoxlu vaxt tələb edən köhnə sistemlər fərdi kompüter istifadəçiləri üçün başlıca stress mənbələrindən biridir. "Microsoft" korporasiyasının tədqiqatçıları Böyük Britaniya sakinləri arasında sorğu keçirərək bu qənaətə gəliblər.

Milli.Az ICTnews-a istinadən bildirir ki,  ev kompüterlərinin istismar müddəti orta hesabla 3 ildən çoxdur. Belə sistemlər üçün yüklənməyə yenilərindən 65 faiz çox vaxt lazımdır. Bu səbəbdən istifadəçilər ümumilikdə gözləmə üçün ildə 23,5 saat sərf edirlər.

Tədqiqata görə, üç il və daha çox istifadə edilən kompüter sahibləri zərərli proqram təminatının silinməsi kimi problemlərin həllinə 3,5 dəfə çox vaxt sərf etməli olurlar. Əksər istifadəçilər üçün daim gözləmənin lazım olması çox qıcıqlandırıcı hesab edilir.

Köhnə kompüter istifadəçilərinin 65 faizi etiraf edib ki, tez-tez əsəbiləşir və kompüterin üstünə qışqırırlar. İstifadəçilərin 6 faizi üçün köhnə kompüterlər o qədər güclü stress mənbəyidir ki, hətta onları ağladır və əsəbi sakitləşdirmək üçün alkoqoldan istifadəyə məcbur edir.

Sorğuya görə, fərdi kompüterdə problemlərə reaksiya təkcə kompüterin istismar müddətindən deyil, istifadəçinin özündən də asılıdır. Yaşı 55-dən çox olan insanlar fərdi kompüterin yüklənməsini gözləməyə ayda ümumilikdə 2 saat sərf edirlər. Onların hər beş nəfərdən biri (19 faiz) istismar müddəti 5 ildən çox kompüter istifadəçisidir.

Milli.Az


Tags:  Köhnə kompüterlər təhlükəlidir


RƏYLƏR


Top news