"Doppler Labs" şirkəti Klivlend Kavalers basketbol komandası, Nyu-York Filarmoniya Orkestri və San-Fransiskoda yerləşən təsviri incəsənət muzeyləri ilə müqavilə imzalayıb. Artıq onların tədbirlərində "Here One" simsiz qulaqcıqlarından istifadə ediləcək. Cari ilin yazında təqdim edilmiş innovativ qulaqcıq kənar səs-küyü təhlil edir ki, bu da onları azaltmağa, musiqi ilə qarışdırmağa və ya istənilən kənar səsləri bloklamağa imkan verir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, məsələn, "Here One" qulaqcığı küçədə avtomobillərdən başqa bütün kənar səs-küyü filterdən keçirə, idman matçlarında isə kütlənin bağırtısını bloklayaraq şərhçinin səsini saxlaya bilir. Nyu-York Mets beysbol klubu, "MADE Fashion Week" dəb həftəsi, ucuz "JetBlue Airways" aviaşirkəti, "Gimlet Media" media şirkəti və Koaçella musiqi festivalı istehsalçının partnyorları sırasına daxildir.
Şirkətin rəsmiləri bildiriblər ki, 2017-ci ildə "ağıllı" filterlərə malik qarniturdan istifadəyə başlanılacaq. Cari ayda 299 dollarlıq "Here One" qulaqcıqlarının tədarükünə başlanılmalı idi, amma "Doppler Labs" sifarişlərin icrasını gələn ilin fevralına kimi təxirə salıb.
Milli.Az