Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Odnoklassniki”də məhsul satmaq olacaq

“Odnoklassniki”də məhsul satmaq olacaq

Date: 26 November 2016 08:12

"Odnoklassniki" sosial şəbəkəsi icmaları vasitəsilə məhsulların satışını həyata keçirəcək aləti tətbiq edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, buna uyğun reklam məlumatlarını istifadəçilər açıq qrupda qeyd kimi qoya biləcəklər.  

"Odnoklassniki" layihəsinin rəhbəri Anton Fedçin bildirib ki, yeni alətin tətbiqi ilə bağlı qərar ona görə qəbul edilib ki, kiçik biznesin və lokal icmaların nümayəndələri uzun müddətdir öz məhsulların satışı ilə bağlı məlumatları dərc ediblər.  

"Biz bu istiqaməti sistemləşdirməyi qərara almışıq", - deyə Fedçin qeyd edib. O vurğulayıb ki, sosial şəbəkədə məhsul və xidmətlərin satışı üzrə 30 mindən artıq xüsusi qruplar mövcuddur. Bunları hər ay 10 milyondan artıq insan izləyir.

Milli.Az


Tags:  Odnoklassnikidə məhsul satmaq olacaq


RƏYLƏR


Top news