HP rüblük və illik gəlirlərini açıqladı

HP rüblük və illik gəlirlərini açıqladı
08:27 26 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

HP şirkəti 2016-cı maliyyə ilinin dördüncü rübü və ümumilikdə bütün il üzrə hesabatını dərc edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, HP şirkəti üçün il oktyabr ayında yekunlaşıb.

HP-nin rüblük gəlirləri 12,5 milyard dollar təşkil edib ki, bu da bir il öncəkindən 2 faiz çoxdur. Ötən il şirkətin gəlirləri 12,3 milyard dollar olub.

Hesabatda qeyd edilir ki, bir rüb ərzində şirkətin əməliyyat gəlirləri 0,5 milyard dollar təşkil edib. Bu isə ötən ilki - 1,5 milyard dollara bərabər olan göstəricidən 66 faiz azdır.

Ümumilikdə il ərzində HP-nin gəlirləri 48,2 milyard dollar olub. Bu göstərici 2015-ci maliyyə ilinin 51,5 milyard dollara bərabər olan gəlirlərindən 6 faiz azdır. Şirkətin bir il ərzində xalis mənfəəti 2,7 milyard dollar təşkil edib ki, bu da ötən ilki 3,7 milyard dollarlıq göstərici ilə müqayisədə 28 faiz azdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/493037.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR