Rusiya müdafiə nazirliyi Ukraynaya nota verdi

Rusiya müdafiə nazirliyi Ukraynaya nota verdi
08:38 26 Noyabr 2016
113 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya müdafiə nazirliyi Krım yaxınlığında raket sınaqlarına görə Ukraynanın hərbi attaşesinə nota təqdim edib.

Publika.az xəbər verir ki, bunu Rusiya müdafiə nazirliyi bildirib.

Məlumatda bildirilir ki, Ukraynanın həyata keçirəcəyi təlim Rusiyanın sərhədini poza bilər.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov, öz növbəsində, bildirib ki, rəsmi Kiyev Kerç boğazında raket sınaqlarının keçirilməsini planlaşdırmır: “Kerç boğazından qərbdə olan ərazi isə Ukraynanın suveren hava məkanıdır. Ukrayna raket sınaqlarını beynəlxalq öhdəlik və sazişlər çərçivəsində yerinə yetirir”.

Qeyd edək ki, dekabrın 1-2-də Ukrayna Krım yaxınlığında raket sınaqları keçirmək niyyətindədir. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR