Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

ABŞ-ın Ədliyyə Nazirliyi Fətullah Gülənin ekstradisiyasına dair sualları cavabsız buraxıb

ABŞ-ın Ədliyyə Nazirliyi Fətullah Gülənin ekstradisiyasına dair sualları cavabsız buraxıb

Çavuşoğlu ABŞ rəsmiləri ilə görüşdü (22 Mart 2017 07:48)
“ABŞ Güləni öldürəcək” – AKP-çi deputatdan ŞOK İDDİA – VİDEO (06 Mart 2017 09:33)
Fətullah Gülənin vəkili həbs olundu (03 Mart 2017 21:05)

Tarix: 26 Noyabr 2016 08:42

Bakı. 26 noyabr. REPORT.AZ/ ABŞ-ın Ədliyyə Nazirliyi iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd göstərmiş FETÖ rəhbəri Fətullah Gülənin həbsi və Türkiyəyə ekstradisiyası məsələsində hələ də sükut nümayiş etdirir.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ədliyyə Nazirliyi və onun tabeliyindəki xüsusi qurum Fətullah Gülənin həbsi və Türkiyəyə ekstradisiyası ilə bağlı bu günə kimi hər hansı açıqlama yaymayıb. Nazirlik "Anadolu" agentliyinin bununla bağlı sorğusuna "Bu mövzu ilə bağlı şərh vermirik" cavabını verib. Bununla yanaşı, ABŞ-ın Xarici İşlər Nazirliyi də "Anadolu" agentliyinin mövzu ilə bağlı suallarına "Müsahibiniz Ədliyyə Nazirliyidir" – cavabını verərək, agentliyə sualları həmin quruma ünvanlamağı tövsiyə edib.
Qeyd edək ki, Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ oktyabrın sonunda ABŞ-a səfəri zamanı amerikalı həmkarı Loretta Linç ilə görüşərək, bu məsələni müzakirə edib.  

Teqlər:  ABŞ-ın Ədliyyə Nazirliyi Fətullah Gülənin ekstradisiyasına sualları cavabsız buraxıb



RƏYLƏR


Top xəbərlər