“Apple” “ağıllı” güzgü istehsal edəcək - VİDEO

“Apple” “ağıllı” güzgü istehsal edəcək - VİDEO
08:47 26 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Yaxın gələcəkdə "Apple" korporasiyası "ağıllı" güzgü istehsal edə bilər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, iOS 10 əsasında yaradılmış ilk prototip artıq dizayner Rafayel Daymek tərəfindən tərtib edilib.

ABŞ texnologiya şirkətinin əməkdaşlarından biri bildirib ki, tərtibatçılar bir neçə il müddətində smart-güzgü layihəsi ilə məşğul olublar. Bir müddət hətta mütəxəssislər layihənin təyinatını dəyişmək fikrində idilər. Son nəticə isə stol olmalı idi ki, bu ideya isə yararsızlığı baxımından dəstəklənməyib.

İlk olaraq bu qeyri-adi ixtiranı öz rəfiqəsini müşahidə edərkən ideyadan ilhamlanan Rafael Daymek həyata keçirib. Onun sevgilisi yır-yığış edən zaman güzgü ilə smartfonun axtarışı arasında var-gəl edirdi. Onun həyatını asanlaşdırmaq üçün dizayner öz ixtirasını həyata keçirmək niyyətinə gəlib.

Cihaz sensor ekranlı tam funksiyalı güzgüyə bənzəyir. Sadəcə, onun üzərində tarix və saat, hava vidcetləri, müxtəlif əlavələr açmaq imkanı da mövcuddur. 45 saniyə keçdikdən sonra isə cihaz toxunulmaz qaldıqda yenidən güzgüyə çevrilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/493040.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR