Dünya əhalisinin yarıdan çoxu internetdən istifadə etmir

Dünya əhalisinin yarıdan çoxu internetdən istifadə etmir
08:57 26 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Mütəxəssislər tərəfindən keçirilmiş tədqiqat göstərib ki, dünya əhalisinin yarıdan çoxu internetdən istifadə etmir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Elektrorabitə Şurasının radio reqlament komitəsinin üzvü Viktor Strelets Moskvada keçirilən "Broadband Russia 2016" forumu çərçivəsində çıxışında bildirib.

Onun sözlərinə görə, hazırda dünya əhalisinin 84 faizi mobil şəbəkənin tutumundan istifadə edir. Bu zaman dünya əhalisinin 47,1 faizi istifadə edir.

Komitə üzvü bildirib ki, bəşəriyyətin 53 faizi və ya 3,9 milyard nəfər İKT xidmətlərinə çıxış imkanlarına malikdir.
 
V.Strelets qeyd edib ki, ölkələrin internetin inkişafı reytinqində Rusiya Federasiyası 175 ölkə arasında 43-cü yeri tutur. Ötən il ölkə 42-ci yerdə yerləşirdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/493041.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR