Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Şəkidə iki uşaq anası öldü

Şəkidə iki uşaq anası öldü

İki uşaq anasının onu zorlayan şəxsdən QİSASI AĞIR OLDU (24 Fevral 2017 17:52)

Tarix: 26 Noyabr 2016 09:17

Şəkidə 30 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.

Milli.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə ötən gecə saat 04 radələrində Şəki şəhəri, Süleyman Kazımov küçəsi ev 12 ünvanında baş verib.
 
1987-ci il təvəllüdlü Arzu Aydın qızı Əliməmmədova yaşadığı evin vanna otağında huşsuz vəziyyətdə qaynanası tərəfindən aşkar edilib.
 
Hadisə yerinə çağırılmış həkimlərin müayinəsi zamanı iki uşaq anası olan Arzu Əliməmmədovanın öldüyü müəyyən olunub.
 
İlkin ehtimala görə, o, dəm qazından zəhərlənərək ölüb.
 
Faktla bağlı Şəki Prokurorluğunda araşdırma aparılır.

Milli.Az


Teqlər:  Şəkidə iki uşaq anası öldü



RƏYLƏR


Top xəbərlər