Ukrayna futbolunda danışılmış oyunlarla bağlı iddialar ortaya atılıb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının Etika və Təmiz Oyun Komitəsinin sədri İqor Koçetov açıqlama verib.
Federasiya rəsmisi bildirib ki, 8 şübhəli oyun haqqında artıq lazımi orqanlara məlumatlar verilib. Bu matçlar gənclər liqasında və birinci liqada 2015-ci ilin sonuna kimi baş tutub.
Qeyd edək ki, hələ ki, insidentlə bağlı hüquqi qərarlar verilməyib.
Milli.Az