Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda qadını öldürmək istəyən şəxslər məhkəməyə müraciət ediblər

Bakıda qadını öldürmək istəyən şəxslər məhkəməyə müraciət ediblər

Date: 26 November 2016 09:52

Bakı. 26 noyabr. REPORT.AZ/ Bakıda qadını öldürməyə cəhd edən Qulu Abdullayev və Kamran Cəfərzadə barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.
"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas noyabrın 28-nə təyin edilib.
İşə hakim Vüqar Məmmədovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, hadisə ötən ilin noyabr ayının 3-də Ramana qəsəbəsi, Şuşa şəhərciyində baş verib. Həmin qəsəbədə yaşayan Aynur Teymurovaya evində bıçaq xəsarətləri yetirilib. Hadisədən sonra xəstəxanaya aparılan A.Teymurovanın həyatını xilas etmək mümkün olub.
Sabunçu Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi və 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakinləri - 1998-ci il təvəllüdlü Q.Abdullayev və 1999-cu il təvəllüdlü K.Cəfərzadə tutulub.
Q.Abdullayevlə K.Cəfərzadə Cinayət Məcəlləsinin 29, 120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.11-ci (qəsdən adam öldürməyə cəhd, quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləri veriblər.


Tags:  Bakıda qadını öldürmək istəyən şəxslər məhkəməyə müraciət ediblər

RƏYLƏR


Top news