Ramana-Maştağa yolunun tikintisi başa çatıb

Ramana-Maştağa yolunun tikintisi başa çatıb
10:19 26 Noyabr 2016
90 Digər
Ölkə mətbuatı
A- A+

Sabunçu rayonunun Ramana-Maştağa avtomobil yolunun tikintisi başa çatıb.

“Azəravtoyol” ASC-dən Lent.az-a verilən məlumata görə, asfalt-beton örtüyü yararsız vəziyyətdə olan yolun ümumi uzunluğu 11 km-dir.

 Yenidən qurulan yol Heydər Əliyev prospekti - Mərdəkan və Zabrat - Maştağa avtomobil yollarını birləşdirərək bu ərazidə  yeni bir yol infrastrukturu yaratmağa imkan verib.

Əvvəllər yolun hərəkət hissəsinin eni 6-7 metr təşkil edirdi. Tikinti işləri çərçivəsində yolun eni 8.5-10 metrə qədər genişləndirilib. Bura 7-7.5 metr olan iki hərəkət zolağı və hər bir istiqamət üzrə vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 1.5 metr enində piyada səkiləri daxildir.

 

Ümumiyyətlə 3 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi ilə 85.6 min nəfər əhalinin gediş-gəlişi xeyli asanlaşıb və avtonəqliyyat vasitələrinin Heydər Əliyev prospekti, həmçinin Zabrat-Maştağa avtomobil yoluna rahat çıxışı təmin olunub.






Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260611

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR