Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Mourinyo ilə məhkəmədə çəkişən Eva təhdid olunur, seksual təzyiq görür - FOTO

Mourinyo ilə məhkəmədə çəkişən Eva təhdid olunur, seksual təzyiq görür - FOTO

Date: 26 November 2016 10:42

"Çelsi" klubunun sabiq həkimi Eva Karneyro təhdidlərə məruz qaldığını açıqlayıb.

Milli.Az xarici mediaya istinadla bildirir ki, o, klubdan ayrıldıqdan sonra seksual təzyiqlərə məruz qaldığını, təhdid olunduğunu söyləyib. O bildirib ki, sosial şəbəkədə ona hədələyici mesajlar göndərilir və onu "trollayırlar".

Eva ona dəstək olanların da olduğunu qeyd edib. O, dəstək olan hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, 2009-cu ildən "mavilər"də çalışmış həkim Premyer Liqanın "Suonsi" ilə ilk tur matçında Eden Azara yardım etmək üçün meydançaya daxil olub, komandanın 9 nəfərlə qaldığına görə Mourinyo tərəfindən sərt şəkildə tənqid edilmişdi. Həmin gündən sonra portuqaliyalı mütəxəssis Karneyronun oyunlar zamanı texniki zonada əyləşməsini qadağan etmişdi. Altı həftəlik çəkişmənin ardından Eva Karneyro "Çelsi"dən ayrılmışdı. O, Mourinyonu məhkəməyə vermişdi.

Milli.Az









Tags:  Mourinyo məhkəmədə çəkişən Eva təhdid olunur seksual təzyiq görür FOTO

RƏYLƏR


Top news