London zülmətə qərq oldu - FOTO

London zülmətə qərq oldu - FOTO
10:47 26 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Dünən gecə Britaniyanın paytaxtı Londonun mərkəzi zülmətə qərq olub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, şəhərin mərkəzi hissəsi olan Uest Enddə işıqlar sönmüşdü. Teatrlarda, kinoteatrlarda, restoranlarda, gecə klublarında, əyləncə mərkəzlərində bütün tədbirlər təxirə salınıb.

Həmişə gur işıqların yandığı Pikadilli meydanı ilə Şeftsberi avenyuda da qaranlıq idi. İnsident nəticəsində teatrlarda tamaşalar təxirə düşüb.

"Çayna Taun" adlanan Çin məhəlləsi, habelə məşhur barlar, restoranlar və gecə klublarının olduğu Soho məhəlləsində də işıqlar sönmüşdü.

Britaniyada elektrik şəbəkələrinin operatoru olan "UK Power Networks" şirkətindən verilən məlumata görə, problem artıq həll olunub.

Milli.Az















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/493275.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR