Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cahangir Hacıyevin bacanağının şikayəti təmin edilmədi

Cahangir Hacıyevin bacanağının şikayəti təmin edilmədi

Date: 26 November 2016 11:08

Bakı Apelyasiya Məhkəməsində “Beynəlxalq Bank”ın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin bacanağı İsmayıl Hidayətzadənin apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, İsmayıl Hidayətzadənin apelyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl Hidayətzadə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Qeyd edək ki, İsmayıl Hidayətzadə “Beynəlxalq Bank”la bağlı başlanan cinayət işi çərçivəsində həbs edilib. O, Cinayət Məcəlləsinin 179 .3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub.
İsmayıl Hidayətzadə Bakıda tütün fabriki yaratmaq üçün “Beynəlxalq Bank”dan 100 milyon dollar kredit götürübmüş. İsmayıl Hidayətzadə “İntertabakko” MMC-yə rəhbərlik edib.

Bu MMC qeyri-rəsmi olaraq Cahangir Hacıyevə məxsus olub.Cahangir Hacıyev və digər şəxslərin cinayət işi üzrə proses Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. (teleqraf)


Tags:  Cahangir Hacıyevin bacanağının şikayəti təmin edilmədi

RƏYLƏR


Top news