Növbəti diaqnostik qiymətləndirilmədə iştirak edəcək müəllimlərin sayı açıqlanıb

Növbəti diaqnostik qiymətləndirilmədə iştirak edəcək müəllimlərin sayı açıqlanıb
11:17 26 Noyabr 2016
314 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 noyabr. REPORT.AZ/ İsmayıllı rayonunda keçiriləcək diaqnostik qiymətləndirilmədə 3500-dək müəllim iştirak edəcək.
Bu barədə “Report”a Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, 27-28 noyabrda İsmayıllı Olimpiya İdman Kompleksində İsmayıllı, Şamaxı və Qobustan rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi olacaq.
Qiymətləndirmədə qeyd olunan rayonların ümumi təhsil müəssisələrində çalışan 3500-dək müəllim iştirak edəcək. Eyni zamanda, Şuşanın Qəbələ və İsmayıllı rayonlarında yerləşən ümumi təhsil müəssisələrinin müəllimləri də bu imtahanlara cəlb ediləcəklər.
Hər bir müəllim dq.edu.az saytına daxil olaraq “Şəxsi səhifə” bölməsindən qiymətləndirmənin keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilər. Eyni zamanda, müəllimlər həmin səhifəyə daxil olmaqla məlumatların dürüstlüyünü yoxlaya bilərlər. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət etmək mümkündür.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/novbeti-diaqnostik-qiymetlendirilmede-istirak-edecek-muellimlerin-sayi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR