Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan gömrükçüləri Çindən məişət texnikasının qanunsuz gətirilməsinin qarşısını alıb

Azərbaycan gömrükçüləri Çindən məişət texnikasının qanunsuz gətirilməsinin qarşısını alıb

Date: 26 November 2016 11:37

Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycan gömrükçüləri Çindən məişət texnikasının qanunsuz gətirilməsinin qarşısını alıb. 
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Şirvan Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları Çindən Azərbaycana gətirilən yüklərə baxış keçirilib.
Belə ki, neft sahələrində yer və tunel qazan avadanlıq hissələri kimi bəyan edilən həmin yüklərə baxış zamanı bəyan edilməyən və yük müşayiətedici sənədlərdə əksini tapmayan xeyli sayda məişət texnikası - 4 ədəd böyük ölçülü LED televizorlar, 10 ədəd split kondisionerlər, sensorlu müasir caydan dəstləri, sensorlu mətbəx qazanları, 2 ədəd soyuducu tipli dezinfeksiya aparatı, 20 ədəd ipək yataq dəsti və digər çoxsaylı mallar aşkar edilib. Aşkara çıxarılan mallar konteynerin arxa tərəfindəki metal avadanlıqların alt hissəsində, xüsusi hazırlanmış taxta yeşiklərdə olub.
Faktla bağlı araşdırma aparılır.


Tags:  Azərbaycan gömrükçüləri Çindən məişət texnikasının qanunsuz gətirilməsinin qarşısını alıb

RƏYLƏR


Top news