Nazarbayev Putinə zəng etdi və Sarkisyanı... – Bakının istəyi təmin olundu

Nazarbayev Putinə zəng etdi və Sarkisyanı... – Bakının istəyi təmin olundu
11:38 26 Noyabr 2016
411 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev telefon söhbətində dekabrda Rusiyada keçiriləcək Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclası haqda müzakirələr aparıb.

Publika.az
Rusiya mediasına istinadən xəbər verir ki, dekabrda keçiriləcək toplantıda KTMT-yə baş katib də seçiləcək.

Diplomatik mənbələrin məlumatına görə, quruma yeni baş katib Ermənistan nümayəndəsi olmalı idi. Lakin bu məsələ təxirə salınıb.

Bu ilin oktyabr ayında İrəvanda Putinin də iştirakı ilə keçirilən toplantıda KTMT-yə erməni baş katibin seçilməsi nəzərdə tutulurdu. Amma Nursultan Nazarbayevin toplantıya qatılmaması bu məsələni təxirə saldı. Qeyri-rəsmi məlumatlara görə, Nazarbayevin İrəvana gəlməməsinin səbəbi də məhz KTMT-də Ermənistan nümayəndəsinin baş katib olmasını istəməməsidir.

Məlumatlara görə, Ermənistan öz namizədinin baş katib seçilməsində təkid edəcək. Lakin artıq bu məsələ Moskva, Minsk və Astana arasında razılaşdırılıb.

Ermənistan mediası isə bunu Serj Sarkisyanın zəifliyi ilə əlaqələndirib.

“Putin və Nazarbayev Sarkisyana yeni sürpriz hazırlayır”, - deyə erməni mediası yazır.

Qeyd edək ki, KTMT-yə erməni baş katibin olması Azərbaycanın maraqlarına uyğun deyil. Çünki Ermənistan bundan öz işğalçılıq siyasəti üçün istifadə etmək niyyətindədir. Qeyri-rəsmi məlumatlara görə, Sarkisyanın arzusunun baş tutmamasında Azərbaycan prezidenti İlham Əliyevin diplomatik manevrləri əsas rol oynayıb. Nazaryabev məhz bu məsələdə rəsmi Bakını dəstəkləyib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/177421.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR