Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Messi həftənin ən yaxşısı seçildi

Messi həftənin ən yaxşısı seçildi

Date: 26 November 2016 12:12

"Barselona"nın futbolçusu Lionel Messi Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, argentinalı ulduz azarkeşlərin 46% səsini toplamaqla Marko Roys (43%) və Rafael Varanı (3%) geridə qoyub. Messi qrup mərhələsində "Seltik"ə qarşı səfər matçında dubla imza atmışdı. O, "Barselona"nın heyətində beynəlxalq turnirlərdə 100-cü qolunu da Qlazqoda rəqibin qapısından keçirmişdi.

Həftənin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün keçirilən səsvermədə Xuan Kuadrado (3%), Antuan Qrizmann (2%), Riyad Mahrez (2%), Edinson Kavani (1%) və Marek Hamşik (0%) də iştirak ediblər.

Milli.Az


Tags:  Messi həftənin yaxşısı seçildi

RƏYLƏR


Top news