Sabahın HAVA PROQNOZU

Sabahın HAVA PROQNOZU
12:14 26 Noyabr 2016
234 Digər
Ölkə mətbuatı
A- A+

Sabah Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi gündüz mülayim cənub-qərb  küləyi  ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 1-4°, gündüz  6-9° isti, Bakıda gecə 1-3°, gündüz 6-8° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi  normadan yüksək, 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 75-85%, gündüz 60-70%  təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260624

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR