Çindən Azərbaycana gizli yolla gətirilən məişət əşyaları gömrük postunda saxlanılıb.
Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, Şirvan Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, Çin Xalq Respublikasından ölkəmizə gətirilən yüklərə baxış keçirilib.
Neft sahələrində yer və tunel qazan avadanlıq hissələri kimi
bəyan edilən həmin yüklərə baxış zamanı bəyan edilməyən və yük
müşayiətedici sənədlərdə əksini tapmayan xeyli sayda məişət
texnikası - 4 ədəd böyük ölçülü LED televizorlar, 10 ədəd split
kondisionerlər, sensorlu müasir caydan dəstləri, sensorlu mətbəx
qazanları, 2 ədəd soyuducu tipli dezinfeksiya aparatı, 20 ədəd ipək
yataq dəsti və digər çoxsaylı mallar aşkar edilib. Aşkara çıxarılan
mallar konteynerin arxa tərəfindəki metal avadanlıqların alt
hissəsində, xüsusi hazırlanmış taxta yeşiklərdə olub.