Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda həyat yoldaşını öldürən şəxs məhkəməyə müraciət edib

Bakıda həyat yoldaşını öldürən şəxs məhkəməyə müraciət edib

Date: 26 November 2016 12:27

Bakı. 26 noyabr. REPORT.AZ/ Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən Famil Əhmədovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib.
"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas dekabrın 2-nə təyin edilib.
İşə hakim Qədim Babayevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, F.Əhmədov həyat yoldaşı Ülviyyə Əhmədovanı öldürüb. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Əhmədov 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi və məhkumun müdafiəçisi apellyasiya şikayətləri ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.


Tags:  Bakıda həyat yoldaşını öldürən şəxs məhkəməyə müraciət edib

RƏYLƏR


Top news