"Araz" marketlər şəbəkəsində süni yumurta satışı iddiaları əsassız çıxdı

"Araz" marketlər şəbəkəsində süni yumurta satışı iddiaları əsassız çıxdı
12:27 26 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Araz" supermarketlər şəbəkəsi müştəri məmnuniyyətinə önəm verərək daima satışda olan məhsulların keyfiyyətli olmasına diqqət edir, istehsalçılardan aldığı məhsulların dövlət standartlarına uyğunluğunu təsdiq edən sertifikatlar tələb edir. Bununla bərabər, müştərilərdən məhsulun keyfiyyəti ilə bağlı şikayət daxil olarsa, bu məsələlər aidiyyatı şöbələr tərəfindən dərhal araşdırılaraq lazımi addımlar atılır. 

"Araz" supermarketlər şəbəkəsində satılan kənd təsərrüfatı məhsullarının əksəriyyəti yerli istehsalçılardan tədarük olunur və bu məhsulların daima təzə, ekoloji cəhətdən təmiz olmasına diqqət edilir. 

Sosial şəbəkələrdə yayılan görüntülər əsassızdır

Son günlər sosial mediada və mətbuatda yayılan süni yumurta görüntüləri və bununla bağlı dövlət orqanlarından gələn rəsmi açıqlamalar yerli bazarda bu cür məhsulların olmadığını bir daha sübut etdi. Lakin feysbuk sosial şəbəkəsində Təranə Musayeva adlı istifadəçi şəxsi profilində "Araz" supermarketlər şəbəkəsindən aldığı yumurtanın süni olduğunu iddia edərək video və foto görüntü yaymışdır. Bəzi media orqanlarında ATV kanalının əməkdaşı kimi təqdim olunan Təranə Musayeva haqında ATV-dən verilən rəsmi açıqlamada onlarda belə bir əməkdaşın çalışmadığı bildirildi.

Yayılan şikayətlə bağlı "Araz" supermarketlər şəbəkəsinin keyfiyyətə nəzarət şöbəsi dərhal operativ reydlər və araşdırma aparmış, supermarketlərdən götürülən nümunələr yoxlanılmışdır. Lakin qeyd olunan şikayət öz təsdiqini tapmamışdır. Bununla bağlı müştəri ilə əlaqə saxlanılaraq aidiyyatı qurumlara təqdim olunması üçün nümunə istənilmiş, lakin müştəri nümunə verməyəcəyini bildirmişdir. Eyni zamanda müştəri yumurtanı 10 gün əvvəl aldığını və hələ də qablaşdırmada olduğu kimi qaldığını söylədi. Video görüntüdən də göründüyü kimi süni olduğu iddia olunan yumurtada normal yumurtadakı kimi rüşeyim vardır. Bu da bir daha iddianın əsassız olmasını sübut edir. 

"Araz" supermarketlər şəbəkəsində satılan bütün məhslların keyfiyyətinə nəzarət olunur

Qeyd edək ki, "Araz" supermarketlər şəbəkəsində istehlakçılara təqdim olunan bütün kənd təsərrüfatı məhsulları dövlət orqanlarının müvafiq laboratoriyalarında yoxlandıqdan sonra alıcılara təqdim olunur. Bundan başqa, istehsalçılardan tədarük edilən hər bir məhsulun uyğunluq sertifikatı və ya aidiyyatı dövlət orqanlarının icazə sənədi tələb olunur. "Araz" supermarketlər şəbəkəsində satılan bütün yumurtalar yerli istehsaldır və bu yumurtalar əsasən Giləzi Quşçuluq MMC-dən, qismən də Hacıqabul Quşçuluq MMC-dən alınır. Alınan bütün məhsulların Milli Sertifikatlaşdırma Mərkəzinin uyğunluq sertifikatı və Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən alınmış gigiyenik sertifikatı vardır. 

Yumurtaların saxlanılması ilə bağlı tövsiyəmiz

"Araz" supermarketlər şəbəkəsinin keyfiyyətə nəzarət şöbəsindən verilən məlumata görə, marketdə satılan yumurtalar hər gün müəyyən qədər paketlənərək vitrinlərə yığılır. Bu prosesə supermarketin kənd təsərrüfatı şöbəsi nəzarət edir. Müştərilər aldıqları yumurta paketlərini soyuducuda streçlənmiş şəkildə deyil, açıq şəkildə saxlamalıdırlar. Çünki streçlə paketlənmiş yumurta iki gün ərzində keyfiyyətini itirə bilər. Bu zaman həmin yumurtalarda bərkimə prosesi gedir. Buna görə də müştərilərimizə tövsiyə edirik ki, bu kimi halların yaşanmaması üçün məhsulların saxlanma qaydasına  diqqət etsinlər. 
"Araz" supermarketlər şəbəkəsinin bütün müştərilərindən xahiş edirik ki, bu və ya digər hallarla rastlaşdıqda "qaynar xətt"imizə - 012  924 zəng edərək məlumat versinlər. "Araz" supermarketlər şəbəkəsi sosial şəbəkə olan Facebook-da da hər zaman vətəndaşların xidmətindədir, onları maraqlandıran bütün sualları cavablandırmağa hazırdır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/493343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR