Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ prezidentliyinə sabiq namizəd səslərin yenidən sayılmasını istəyir

ABŞ prezidentliyinə sabiq namizəd səslərin yenidən sayılmasını istəyir

Date: 26 November 2016 12:27

ABŞ prezidentliyinə sabiq namizəd Cill Stayn Viskonsin ştatında səslərin yenidən hesablanmasına dair Seçki komissiyasına petisiya təqdim edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Reuter məlumat yayıb.  

Bu məlumatı Seçki komissiyasının nümayəndəsi Maykl Xaas təsdiq edib. 

"Namizədlərin sorğusu üzrə Komissiya ABŞ prezidentinə verilən səsləri bütün ştatlarda yoxlayacaq", - o deyib. 

Daha öncə Hillari Klintonun tərəfdarları əsas üç ştatda - Pensilvaniya, Miçiqan və Viskonsində səslərin yenidən sayılmasına çağırırdılar. 

Milli.Az


Tags:  ABŞ prezidentliyinə sabiq namizəd səslərin yenidən sayılmasını istəyir

RƏYLƏR


Top news