Toy günü bədbəxt hadisə: "Onu görüm evi yansın" - FOTO

Toy günü bədbəxt hadisə: "Onu görüm evi yansın" - FOTO
12:32 26 Noyabr 2016
780 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türkiyədə Hülya Çelik adlı gəlinə bəysiz toy edilib.

Milli.Az "Milliyet"ə istinadla bildirir ki, bəysiz toy Batmandakı restoranların birində baş tutub.

Batmanda həbsxanada yatan məhkum, 24 yaşlı Orhan Çelik evləndirilib. O, toyda iştirak etmək üçün həbsxana müdirindən icazə alıb. Lakin toy tarixini azadlıqda olduğu günlərə uyğunlaşdıra bilməyən Orhan toy günü polislər tərəfindən saxlanılıb. O, toy şəkilləri çəkdirmək üçün getdiyi fotostudiyadan çıxarkən tutulub. Orhan yenidən həbsxanaya göndərilib.

Gəlin, bəyin qardaşları və yaxınları toya qədər polis bölməsinin qarşısında olublar. Onlar nə qədər "dil töksələr" də, bəy həbsxanadan çıxarılmayıb.

Orhanın çarəsiz qalan ailəsi toyu bəysiz edib. Orhanın qardaşı və xanımı Hülya jurnalistlərə açıqlama veriblər. Bəyin qardaşı bildirib ki, o, toyun səhərisi gün özü bölməyə gəlməyi düşünürdü.

"O qədər xahiş etdik ki, bəyi buraxsınlar, polislər də gəlsinlər, toyda iştirak etsinlər, amma icazə vermədilər. Özü toydan sonra yenidən həbsxanaya qayıdacaqdı".

Təzə gəlin Hülya isə ağlayaraq jurnalistlərə müsahibə verib. O, Orhanı çox sevdiyini söyləyib:

"Çox təəssüf, amma heç nə edə bilmədik. Onu gözləyəcəyəm. Orhanı çox sevirəm. Ondan şikayət edib, toy günü həbs etdirənə isə buradan bir şey demək istəyirəm: səni görüm evin yansın. Bu günümü mənə qara edənlərə yazıqlar olsun. Ətrafda bu qədər təcavüzkar var ikən, mənim ərimi həbs etmələri çox yersizdir. Məyusam, lakin çox güclüyəm. Mənə bu acını yaşadanları Allaha həvalə edirəm. Məmurlara isə xoş günümdə ərimi həbs etdiklərinə görə xüsusi "təşəkkür" edirəm".

Qeyd edək ki, Orhanın hansı səbəbdən həbs olunması barədə məlumat verilmir.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/493327.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR